Xeyriyəçilik nədir?

       Bizə verilən tapşırığa əsasən böyük xeyriyyəçilər haqqında məlumatlar toplamalı idik. Biz bunlardan Ağa Musa Nağıyev, Ağabala Hacıqulu oğlu Quliyev, Aşurbəyova Nabat Xoca qızı, Murtuza Muxtarov, Hacı Zeynalabdin Tağıyev və s. kimi xeyriyyəçilərin həyatı və xeyriyyəçilik fəaliyyəti ilə yaxından tanış olduq.

  Bu xeyriyyəçilərdən H.Z.Tağıyevin
həyatı və xeyriyyəçilik fəaliyyəti bizi 
daha çox cəlb etdi və biz bu böyük
xeyriyyəçi haqqında blog hazırlamaq 
qərarına gəldik.  Həyatda çox adamlar var ki, bütün ömrü   boyu  var-dövlət qazanmağa çalışır, özünü oda-közə vurub xəzinə toplayır, son qisməti isə beş-on metr ağ parça olur. Öləndən sonra da tezliklə unudulur, heç kimin yadında qalmır. Var-dövlətini isə öz tərbiyə verdiyi uşaqlar dağıdır. Elə insanlar da var ki, nəinki var-dövlətini, lazım gələndə hətta, son qəpiyini də millət, xalq yolunda sərf etməkdən usanmır. Belələri əbədi xatirə kimi, gözəl insan kimi yaddaşlarda qalır, xatırlanırlar. Azərbaycan xalqının da xalqını canından artıq sevən, onun üçün varından,dövlətindən keçən qeyrətli oğulları çoxdur. Belə işıqlı şəxsiyyətlərdən biri xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdir. O, ulu tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir simalardan biri, millətin bəzəyi, xalqının qeyrətli və təəssübkeş bir oğludur.

Комментарии

Популярные сообщения из этого блога

H.Z.Tağıyevin tikdirdiyi binalar

Hacı Zeynalabdin Tağıyevin həyatı və xeyriyyə işləri